RU

ABŞ təyyarələrdən Meksikaya milyardlarla milçək buraxacaq

Bakı. Trend:

ABŞ hökuməti ət yeyən bir sürfə növünə qarşı mübarizə aparmaqməqsədilə milyardlarla milçək yetişdirib onları təyyarələrləMeksika və Cənubi Texas üzərinə buraxmağa hazırlaşır.

Trend bu barədəABŞ KİV-ə istinadən xəbər verir.

"Bu, qorxu filmindən bir səhnəyə bənzəyə bilər, lakin əslində,ABŞ-nin ətçilik sənayesinə ciddi zərər vura, vəhşi təbiəti tükədəvə hətta ev heyvanlarının ölümünə səbəb ola biləcək birzərərvericidən ölkəni qorumaq üçün həyata keçirdiyi planın birhissəsidir.

ABŞ bu problemlə 1960–70-ci illərdə artıq üzləşmişdi və onunqarşısını almaq üçün sterilizə edilmiş erkək milçəklərinyetişdirilib təbiətə buraxılması strategiyasından istifadə etmişdi.Bu üsul həşəratların populyasiyasını azaltmağa kömək etmişdi.

2023-cü ilin əvvəllərindən etibarən Mərkəzi Amerikada bu növhəşəratların populyasiyasında artım müşahidə olunur. Yoluxmahalları bir neçə ölkədə, o cümlədən, Panamada və Qvatemalada qeydəalınıb. Noyabr ayında milçəklər Meksikanın cənubuna qədər yayılıbki, bu da ABŞ-də kənd təsərrüfatı ilə məşğul olanlarınnarahatlığına səbəb olub və bir neçə heyvan ticarəti limanınınbağlanmasına gətirib çıxarıb.

Yeni Dünyaya məxsus bu parazit milçəklər canlı heyvanların, ocümlədən, inəklərin və atların ətini yeyir, hətta insanlara dayoluxa bilər. Dişi milçək heyvanın yarasına 300-ə qədər yumurtaqoyur və 12–24 saat ərzində yumurtalardan çıxan sürfələr toxumalarıyeməyə başlayır", - məlumatda deyilir.

Məqalədə:
Избранный
75
az.trend.az

1Источники