RU

“Belə gözəl ingiliscəni harada öyrəndiniz?” Trampın sualı təəccüb doğurdu

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

 ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Afrikadan gələn bir sıra liderləri qəbul edİb.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Trampın Liberiya Prezidenti Cozef Boakay ilə bağlı verdiyi sual diqqət çəkib. 

Tramp Boakayın səlis ingiliscə danışığından təsirləndiyini bildirib və ona bu dildə danışmağı “harada öyrəndiyini” soruşub.

Tramp Boakayla söhbət zamanı belə deyib:“Bu qədər gözəl danışmağı harada öyrəndin? Harada təhsil almısan? Liberiyada?”

Prezident Boakay isə gülərüzlə “Bəli, ölkəmdə” cavabını verib. Tramp isə onun cavabına heyrətini gizlətməyərək əlavə edib:“Bu çox maraqlıdır. Çox gözəl ingiliscə danışırsınız".

Qeyd edək ki, Liberiya rəsmi dili ingiliscə olan bir ölkədir və Afrikanın ən qədim respublikası hesab olunur. 1822-ci ildə azad edilmiş amerikalı kölələr tərəfindən qurulan ölkədə əhalinin böyük hissəsi ingilis dilində danışır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
azpolitika.info

1Источники