RU

Ukraynada polkovnik qətlə yetirildi

Ukrayna ordusnun polkovniki İvan Voroniç Kiyevdə öldürülüb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, iyulun 10-da səhər saatlarında naməlum şəxs səsboğucu ilə təchiz edilmiş tapançadan Voroniçə atəş açıb. Aldığı çoxsaylı güllə yaraları nəticəsində o, yerindəcə keçinib.

Keçmiş deputat İqor Mosiyçuk Telegram-da qətlin təfərrüatlarını açıqlayıb.

“Saat 09:00 radələrində Kiyev şəhərində naməlum şəxs polkovnik Voroniç İvan İvanoviçə yaxınlaşıb (13 noyabr 2024-cü il tarixindən Mərkəzi Mühafizə Xidmətinin baş əməliyyat müvəkkili vəzifəsini tuturdu), ona atəş açıb, sonra hadisə yerindən qaçıb”, - məlumatda deyilir.

Mosiyçukun sözlərinə görə, hazırda cinayətin baş verdiyi yerə baxış keçirilir. Eyni zamanda, xüsusilə ağır cinayətin törədilməsində iştirak edən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Избранный
71
modern.az

1Источники