RU

Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb

10 iyul 2025-ci il tarixində Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan danışıqları, indiyə qədər olan görüşlər arasında ən uzun müddət davam edən görüş olub.

Operativ Media xəbər verir ki, görüş 5 saata yaxın davam edib.

10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanatın ardından, bir çox görüşlər həyata keçirilib. 

Həmin görüşlər aşağıdakılardır:

  • 2021-ci il:

    • 11 yanvar – Moskva görüşü (təxminən 3 saat)

    • 26 noyabr – Soçi görüşü (təxminən 2 saat 30 dəqiqə)

  • 2022-ci il:

    • 6 oktyabr – Praqa görüşü (təxminən 1 saat 45 dəqiqə)

    • 31 oktyabr – Soçi görüşü (təxminən 2 saat)

  • 2023-cü il:

    • 14 may – Brüssel görüşü (Şarl Mişel vasitəçiliyi ilə, təxminən 2 saat 15 dəqiqə)

    • 1 iyun – Kişinyov görüşü (Avropa Siyasi Birliyi çərçivəsində, təxminən 1 saat)

Избранный
30
operativmedia.az

1Источники