ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 9-da saat 13:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-ST-081 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, “Volkswagen” markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb “Mercedes” sürücüsünün əks istiqamətli yola çıxması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, qəzayla bağlı araşdırma davam edir.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.