RU

Nəsimi rayonunda polis əməliyyatı - 21 kiloqram narkotik vasitə aşkarlandı

Nəsimi

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.Tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar. Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.Ulusum.az

Diqqət Çəkənlər

Tolga Güleç Bodrumda nişanlandı! Gözlərdən uzaq eşq rəsmiyyət qazandı - FOTO

Moskvada Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov deportasiya edildi- VİDEO

Qətlə yetirilən qadının əri DANIŞDI

Избранный
71
45
ulusum.az

10Источники