RU

Rəqabətin məhdudlaşdırılmasına yol verilməsi halları üzrə müraciətlərin sayı azalıb

Bu ilin yanvar-may ayları ərzində təsərrüfat subyektləri tərəfindən hökmran mövqedən sui-istifadə etməklə rəqabətin məhdudlaşdırılması hallarına yol verilməsi ilə əlaqədar daxil olan müraciətlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 70 faizədək azalma müşahidə edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, qeyd olunan sahədə azalmanın səbəbləri ötən dövr ərzində Agentlik tərəfindən bazar subyektləri ilə aparılan silsilə maarifləndirici tədbirlərin, eləcə də müvafiq sahədə dövlət tənzimlənməsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinin nəticəsidir.

Избранный
40
vergiler.az

1Источники