Hazırda karyerasını PSJ-də davam etdirən "Real Madrid"in sabiq üzvü Marko Asensio komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, 29 yaşlı vingerlə "Fənərbaxça" ciddi şəkildə maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi PSJ ilə futbolçunun transferi üçün razılıq əldə edib. Hazırda “Fənər” Asensio ilə şəxsi müqavilə şərtlərini müzakirə edir.
Qeyd edək ki, İspaniya millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında İngiltərənin “Aston Villa” klubunda keçirib.
İtaliyalı forvard ərəblərin radarında - 67 milyon avro ödəyəcək
Xabi Alonso Rodriqo barədə: “Onun gələcəyi ilə bağlı hələ qərar verməmişik”
"Sabah" - "Selye" oyunu bu kanalda
Bellinqem 100-ə çatıb
Dünya çempionu Meksika klubunda - RƏSMİ