RU

Ermənistan yol ayrıcında: ya dəhliz, ya təcrid RƏY

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verə biləcəyinə ümid etdiyini bildirib.Onun sözlərinə görə, İrəvanın ilkin olaraq Zəngəzur marşrutu üzrə Azərbaycanın şərtlərini rədd etməsinə baxmayaraq, bu gün Ermənistan regional iqtisadi inteqrasiya maraqlarına uyğun daha çevik yanaşma nümayiş etdirir.

"Dəhliz Orta Marşruta yeni təkan verəcək. Türkiyə malları Orta Asiya və Çinə daha sürətli çatacaq, Avropadan Çinə yüklər Türkiyədən keçəcək",- Ərdoğan bildirib.

O, Zəngəzur marşrutunun dəmir yolu komponentinin əhəmiyyətini xüsusilə vurğulayaraq, bu xəttin yükdaşımalarda əsas rol oynayacağını qeyd edib. “Orta Dəhliz öz gücünü buradan alır”,- o əlavə edib.

Türkiyə liderinin sözlərinə görə, yol İğdırdan keçərək Naxçıvana birləşdiriləcək. O, bunun regionda nəqliyyat logistikasının inkişafında mühüm mərhələ olacağına əminliyini ifadə edib.

Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizinin açılışından sonra Qars-İğdır-Naxçıvan dəmir yolunun, eləcə də Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi xeyli səmərəli olacaq. "Dünya dəyişir və bu, yeni həll yolları və iqtisadi potensialın aktivləşdirilməsini tələb edir",- o vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan İstanbula səfər edib və burada Türkiyə prezidenti tərəfindən qəbul edilib. Ola bilsin ki, məhz bu görüşdə İrəvana izah edilib ki, düşünməyə vaxt azdır: ya Ermənistan ümumi regional arxitekturaya inteqrasiya edir, ya da uzun illər əsas layihələrdən kənarda qalır.

Bu günlərdə mediada məlumatlar yayılıb ki, Azərbaycan və Ermənistan Amerika logistika şirkətinin rəhbərliyi və zəmanəti ilə Bakının şərtləri ilə, yəni sərhəd və gömrük nəzarəti olmadan maneəsiz keçidlə dəhlizin işləməsi ilə bağlı konsensusa gələ bilərlər.

Belə ki, “Carnegie Politika” portalı ABŞ-ın Zəngəzur marşrutuna nəzarət etmək üçün Amerika operatorunun təyin edilməsini təklif etdiyini yazıb. Mənbənin məlumatına görə, prezident Donald Trampın administrasiyası yük tranzitinin idarə edilməsi və monitorinqinin Amerika şirkətinə həvalə ediləcəyi plan təqdim edib.

Bu formatın Ermənistanın marşrut üzərində suverenliyini qorumaqla, Azərbaycana uzunmüddətli təhlükəsizlik zəmanəti verməsi gözlənilir.

ABŞ bu yanaşmaya ehtiyatla və nikbin yanaşır: “Ola bilsin ki, prezident Tramp hətta buna görə Nobel mükafatı da alsın”,- məqalə müəllifləri amerikalı məmurdan sitat gətirirlər.

Yaxın gələcəkdə belə bir ssenari nə dərəcədə realdır? İrəvan belə bir şəraitdə Araz çayının şimal sahili ilə Zəngəzur yolunun açılmasına razılaşa bilərmi?

Tanınmış siyasi müşahidəçilər bu məsələ ilə bağlı fikirlərini Caliber.Az-a bildiriblər. Ekspertlərin rəyini oxucularımıza təqdim edirik.

Erməni analitik və publisist İşxan Verdyan xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib: Ermənistanın suverenliyindən kənarda “dəhliz” olmayacaq.

"Bununla belə, mən hesab edirəm ki, İrəvan və Bakı kompromis əldə edəcəklər, bunun əsasında Azərbaycan vətəndaşları regional inkişafın məntiqi nəzərə alınmaqla hazırlanmış sadələşdirilmiş prosedurlar əsasında Ermənistan ərazisini keçə biləcəklər. Parlamentin spikeri Alen Simonyan artıq bu barədə danışaraq, Ermənistan və Gürcüstan arasında vizasız tranzitin mümkün analoqunu qeyd edib.

Paşinyan Ermənistan ərazisinə nəzarəti heç bir xarici qüvvəyə verməyəcək. Amma görünür, o, prezident Ərdoğanla görüşdə razılaşmaya müsbət yanaşıb və yəqin ki, yaxın vaxtlarda prezident Əliyevlə də razılaşmanı tamamlayacaq.

Zəngəzur marşrutu böyük ehtimalla açılacaq və Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən dayanıqlı nəqliyyat həllinə çevriləcək. Bu, yeni iqtisadi axınlar yaradacaq və regionların təcrid vəziyyətindən çıxmasına imkan verəcək.

ABŞ-ın iştirakına gəlincə, əgər onlar texniki dəstək- logistika, İT monitorinqi, yük təhlükəsizliyi təklif etsələr, bu müzakirə oluna bilər. Amma əgər “zəmanətlər” nəzarət və ya hərbi mövcudluğu nəzərdə tutursa, onda yalnız sual vermək olar: Amerika xidmət personalı çiyin qayışları rolunda nə dərəcədə uyğun görünər?”, - Verdyan qeyd edib.

Nəqliyyat logistikası üzrə azərbaycanlı ekspert Rauf Ağamirzəyev bildirib ki, hazırda hər iki layihənin Naxçıvana aparan yol hissəsində əsasən aktiv işlər aparılır.

"Söhbət iki paralel təşəbbüsdən gedir: Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi və İran ərazisindən Araz çayının cənub sahili boyunca keçən Araz marşrutu. Ötən ay İran tərəfində tikinti işlərinin fəal şəkildə aparıldığı barədə məlumatlar var idi. Ayın sonunda Azərbaycan sərhədi istiqamətində- yol seqmenti boyunca Ermənistan hissəsində də partlayış işləri aparılırdı.

İnanıram ki, regionda baş verən son hadisələr müsbət dinamika yaradır və hər iki layihə həyata keçiriləcək.

Hazırda bu marşrutlara kimin nəzarət edəcəyi ilə bağlı konkret məlumat yoxdur, lakin zamanla buna aydınlıq gələcək. Halbuki, texniki baxımdan yol mövcud olmalıdır və olacaq. Artıq işlərin gedişi göz qabağındadır.

Azərbaycan tərəfdən isə layihə demək olar ki, başa çatıb. İran tərəfdən tikinti fəal şəkildə aparılır- Ağbənddən Culfaya doğru. Araz çayı üzərindən Ordubad istiqamətində körpünün tikintisi ilə bağlı da razılıq əldə olunub.

Azərbaycanın Ağbənd və Ordubad məntəqələri ilə üzbəüz İranın Kelala və Siyaqrut qəsəbələri yerləşir. Marşrut onlardan keçəcək. Bu hissədə də yol işləri aparılır və Ermənistan tərəfdə də həmin istiqamətdə hərəkət qeydə alınıb”,- ekspert bildirib.

Tərcümə - Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
sesqazeti.az

1Источники