RU

Sevastopolda yol qəzasında ölənlərin sayı 5 ə yüksəlib

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Doğru.az xəbər verir ki, Sevastopol şəhərində minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində baş verən ağır yol qəzasında ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin Sevastopol üzrə rəsmi Telegram kanalında yayımlanıb.

Bildirilib ki, “VAZ” markalı avtomobili idarə edən gənc qadın da xəstəxanada həyatını itirib. Daha əvvəl qəza nəticəsində 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı açıqlanmışdı.

Hadisə ilə bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
dogru.az

1Источники