“Bu il işdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə vəzifəsinə bərpa olunub”.
E. Əmrullayev məktəblərdə qeydə alınan neqativ hallara da toxunaraq vurğulayıb ki, bütün bu məsələlər araşdırılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
“Səsi yazılan direktorlara gəlincə isə, heç birini müdafiə etmirik. Onların etdiyi ən azından qeyri-etik davranışdır. Bütün direktorlar pis ola bilməz, pis olanların sayı təxmini 1%-dir”, – deyə, nazir əlavə edib.