İsrailin son 24 saat ərzində Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 82 nəfər həlak olub, onlarla insan yaralanıb.
Operativ Media xəbər verir ki, bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində yemək üçün növbəyə durarkən baş verən hava hücumu nəticəsində doqquz uşaq və dörd qadın həyatını itirib. Hücum zamanı 19-u uşaq olmaqla 30 nəfər yaralanıb.