RU

Moskva ABŞ-yə “yeni yanaşma” təqdim edib | VİDEO

AzVision.az tərəflərin bəyanatlarına istinadən xəbər verir ki, Marko Rubio Rusiya tərəfinin Ukrayna ilə bağlı Vaşinqtonun əvvəllər eşitmədiyi bəzi təkliflər səsləndirib.

“Düşünürəm ki, bu, yeni və fərqli yanaşmadır. Yenə deyirəm, mən bunu sülhü təmin edəcək bir şey kimi səciyyələndirməzdim. Biz bu ideyanı bu gün prezidentə təqdim edəcəyik”,- ABŞ-nin Dövlət katibi deyib.

Onun sözlərinə görə, Donald Tramp münaqişənin həllində irəliləyişin olmamasından məyusdur, lakin ABŞ münaqişəni sona çatdırmaq üçün“cəhd etməkdən əl çəkməyib”.Rubio həmçinin bildirib ki, Vaşinqton Ukraynaya silah tədarükünü dayandırmaq üçün siyasi qərar qəbul etməyib.

- Heç kim deməyib ki, biz Ukraynaya silah tədarükünü dayandırırıq. Təchizatları nəzərdən keçirmək üçün müvəqqəti fasilə yarandı”,– siyasətçi vurğulayıb.

Lavrov-Rubio görüşü baş tutub| VİDEO
Rusiyanın Xarici İşlər nazirliyi, öz növbəsində,“konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqun”davam edəcəyini vurğulayıb.

“Bugünkü görüşdə Lavrov və Rubio Ukraynadakı münaqişənin həlli, iqtisadi və humanitar əməkdaşlığın bərpası, həmçinin diplomatik nümayəndəliklərin fəaliyyətini müzakirə ediblər. Rusiya və ABŞ prezidentlərinin əldə etdiyi razılaşmaların işlənib hazırlanmasında, o cümlədən iyulun 3-də son telefon danışığı zamanı ikitərəfli gündəlikdəki məsələlərin bütün spektri və dünyadakı vəziyyətlə bağlı “saatların hərtərəfli müqayisəsi” həyata keçirilib”,- Rusiya XİN-in bəyanatında təxminən bir saat davam edən danşıqlar barədə deyilir.

Xatırladaq ki, Lavrovla Rubio arasında görüş sonuncu dəfə Rusiya-Amerika danışıqları çərçivəsində fevralın 19-da Ər-Riyadda baş tutub. Eyni zamanda, iyunun əvvəlində Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov onların daimi təmasda olduğunu bildirmişdi.


Sahil İsgəndərov
AzVision.az
Избранный
46
18
azvision.az

10Источники