RU

B12 çatışmazlığına DİQQƏT

B12 vitamini bədəndə enerji istehsalı, sinir sistemi və yaddaş üçün həyati əhəmiyyət daşıyır. 

News24.az xəbər verir ki, ət və süd məhsullarını az qəbul edənlər, yaşlılar və bəzi dərmanları uzun müddət istifadə edənlər B12 çatışmazlığı riski altındadır. Bu vitaminin azlığı yuxusuzluq, yaddaş itkisi, əzələ zəifliyi, qarıncalanma və anemiyaya səbəb ola bilər.

B12 əsasən heyvani mənşəli qidalarda (ət, yumurta, süd, balıq) olur. Bitki əsaslı qidalananlar üçün isə əlavələr və B12 ilə zənginləşdirilmiş məhsullar vacibdir. Çatışmazlıq hallarında mütləq qan analizi ilə səviyyə yoxlanmalı, lazım gəldikdə vitamin tərkibli dərman və ya iynələr qəbul edilməlidir.


Xeyrənsə Piriyeva


Избранный
51
1
news24.az

2Источники