RU

Tramp Rusiyaya zərbə vura bilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton NATO vasitəsilə Ukraynaya silah göndərir. O, həmçinin qeyd edib ki, Moskvadan məyusdur və iyulun 14-də Rusiya ilə bağlı “çox vacib açıqlama” verəcək. Vətəninfo.az xəbər verir ki , o, bu barədə NBC News-a müsahibəsində deyib.

“Biz NATO-ya silah göndəririk və NATO bu silahların pulunu 100% ödəyir. Biz NATO-ya Patriotlar göndərəcəyik, sonra NATO onları paylayacaq”, – NBC News telekanalı Trampın sözlərini sitat gətirib.

Bundan əvvəl ABŞ-ın öz təchizatındakı çatışmazlıq səbəbindən Kiyevə bəzi silah növlərinin tədarükünü dayandırdığı barədə məlumatlar yayılmışdı. Lakin iyulun 8-də Tramp Rusiyanın irəliləməsi fonunda Vaşinqtonun Ukraynaya müdafiə silahları göndərəcəyini açıqlamışdı. Tramp son günlər dəfələrlə Rusiya prezidenti Vladimir Putindən razı olmadığını bəyan edib.

ABŞ prezidenti həmçinin bir neçə amerikalı senator tərəfindən təklif edilən və Rusiyanın bank sistemini hədəfə alacaq, habelə Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən ölkələrə qarşı sanksiyalar və tariflər tətbiq edəcək qanun layihəsini öyrənir.

Tramp NBC News-a növbəti dəfə “Rusiyadan məyus oldum” deyib. “Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm.”

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər. Rubio bir daha qeyd edib ki, Tramp Rusiya tərəfinin Ukrayna ilə münaqişəyə son qoymaq üçün çeviklik nümayiş etdirməməsindən çox məyusdur.

Избранный
49
veteninfo.az

1Источники