RU

Moskva İrəvan Bakı danışıqlarına töhfə vermək istəyir Rusiya XİN

Modern.az saytına istinadən ain.az xəbər verir.

Moskva İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına töhfə verməyə hazırdır.Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya açıqlamasında bildirib.Diplomat əlavə edib ki, münasibətlərin nizamlanmasının əsas istiqamətləri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci və 2022-ci illər üzrə üçtərəfli sazişlərində öz əksini tapıb.

“Hesab edirik ki, bizim hərəkət etməli olduğumuz istiqamətlər bunlardır: sülh müqaviləsinin hazırlanması, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası, sərhədlərin delimitasiyası, vətəndaş cəmiyyətləri, eləcə də Ermənistan və Azərbaycan parlamentləri arasında dialoqun qurulması.

Rusiya tərəfi üçtərəfli sazişlərin iştirakçılarından biri kimi onların həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verməyə hazırdır. Təbii ki, hər iki tərəf üçün əlverişli olacaq formada”, - Qaluzin bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
3
modern.az

6Источники