RU

Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir - Əhməd İsmayılov

Bakı. Trend:

Milli mətbuatımızın 150 illik yubileyində məhz gənclərə yönəlikbelə bir mötəbər forumun keçirilməsi ideyası təsadüfənyaranmayıb.

Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçıdirektoru Əhməd İsmayılov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə”mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İcraçı direktor bildirib ki, milli mətbuatımızın banisi Həsənbəy Zərdabinin qəzet təsis etmək ideyası məhz gənc yaşlarındayaranıb və çoxsaylı cəhdlərindən sonra bu ideyanı yalnız 1875-ciildə reallaşdıra bilib:

“Azərbaycan milli mətbuatının yaradıcılarının hamısı - CəlilMəmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir vəCeyhun Hacıbəyli qardaşları və adlarını bu cərgədə qürurla anabiləcəyimiz bütün maarifçi ziyalılarının hamısı gənc yaşlarındabelə təşəbbüslə çıxış ediblər.

Onlar dövrün özünəməxsus çətinliklərinə, müxtəlif maneələrinəbaxmayaraq, məqsədlərinə çatıblar. 150 illik mətbuatımızın tarixiniyaradanlar Azərbaycanın ilk maarifçi gəncləri olublar. Biz bu günzəngin tariximiz haqqında danışırıq, amma unutmayaq ki, bu,gənclərin yaratdığı tarixdir və bu prosesin məntiqi nəticəsi olaraqmilli mətbuatımızın hazırkı estafetini də yeni nəsil gənclər, yənisizlər qəbul etməlisiniz”

Ə.İsmayılov bildirib ki, indi dövrün çağırışları, zamanıntələbləri dəyişib, klassik maarifçilərimizdən fərqli olaraqAzərbaycan gənci indi müstəqil dövlətin vətəndaşıdır.

“Vətən müharibəsində zəfər çalan ölkəmizin gənclərinin qarşıyaqoyduqları məqsədlərə çatması üçün dövlətimiz tərəfindən bütünlazımi dəstək göstərilməkdədir. Məhz bu baxımdan millimətbuatımızın yubiley tədbirləri çərçivəsində gənclərə yönələnayrıca forumun keçirilməsi təşəbbüsümüz gənclərin kreativpotensialına olan böyük ümidlərimizdən və inamımızdan irəligəlir.

Əminik ki, siz Azərbaycan mediasının yeni nəsli kimi üzərinizəolduqca məsuliyyətli bir missiya götürdüyünüzü anlayırsınız, biz dəöz növbəmizdə bu nəcib missiyanı uğurla yerinə yetirəcəyinizə,mediamızda özünüzün yaddaqalan uğur hekayənizi yazacağınızainanırıq”, - deyə o qeyd edib.

Избранный
53
6
az.trend.az

7Источники