RU

Aynur Veysəlova: Cəmiyyətdə gender bərabərliyinin təşviq edilməsi vacibdir

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanda selektiv abort birbaşa qanunla qadağan edilməsə də, mövcud qanunvericilik çərçivəsində bu problemin qarşısını almaq üçün bəzi addımlar atılıb. 2023-cü ildən etibarən Ailə Məcəlləsinə və “Səhiyyə haqqında” Qanuna edilən təkliflər selektiv abortlara dolayı şəkildə toxunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova bu gün Bakıda keçirilən Ümumdünya Əhali Gününə həsr olunmuş müzakirə zamanı bildirib.

“Mütəxəssislər hesab edirlər ki, hüquqi islahatlar yetərli deyil. Hüququn tətbiq mexanizmləri, xüsusilə, özəl klinikalarda nəzarət sistemlərinin gücləndirilməsi zəruridir. Qanunverici tədbirlərlə yanaşı, ailə və cəmiyyət səviyyəsində gender bərabərliyinin təşviqi, qız uşaqlarının dəyərini artıran maarifləndirici proqramların həyata keçirilməsi də vacibdir. Bu, selektiv abortlara qarşı davamlı və effektiv mübarizənin əsasını təşkil edə bilər”, - deyə o diqqətə çatdırıb.

 

Избранный
58
azertag.az

1Источники