Hurriyyet.az xəbər verir ki, bitkoinin qiyməti artmağa davam edir. Ötən gün bu kriptovalyutanın qiyməti 112 min dolları, cümə günü isə 118 min dolları ötüb. 2025-ci ilin əvvəlindən bəri kriptovalyutanın qiyməti 26% bahalaşaraq 118,2 min dollara bərabər olub. Bu, ötən ilin iyulu ilə müqayisədə iki dəfədən artıq bahalaşma deməkdir.
Gələn həftə ABŞ-də rəqəmsal vəsaitlərin nizamlanması ilə bağlı qanun layihələrinin nəzərdən keçirilməsi planlaşdırır. Bununla əlaqədar bitkoinin qiymətində kəskin dəyişikliklərin mümkünlüyü proqnozlaşdırılır.
Hürr Tərcüman