Bakı. Trend:
Böyük Britaniyada, o cümlədən, İngiltərənin bir çox bölgələrindənövbəti yüksək hərarət dalğası ilə əlaqədar 3-cü dərəcəli – narıncıxəbərdarlıq elan olunub. Dözülməz istidən ölənlərin sayınınartacağı istisna edilmir.
Trend xəbər verirki, bu barədə “The Independent” yazır.
Ən yüksək temperaturun Böyük Britaniyanın mərkəzi bölgələrindəqeydə alınacağı gözlənilir. Şimal Şərq, Şimalq Qərb, Yorkşir vəHamber bölgələrində isə temperatur nisbətən aşağı olacaq və bubaxımdan, Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sarıxəbərdarlıq elan edib.
Agentlik bildirir ki, “təsirə məruz qalan bölgələrdə ciddifəsadlar, o cümlədən, “ölüm hallarının artması” gözlənilir. Qeydedilir ki, bu risk xüsusilə 65 yaşdan yuxarı şəxslər və səhhətindəproblem olanlar üçün daha yüksəkdir. Gənc yaş qrupları da növbətiən çox təsirlənə biləcək kateqoriyaya daxildir.
Bu, Britaniyada yay mövsümünün sayca üçüncü istilik dalğasıolacaq. Bununla belə, mütəxəssislər qarşıdan gələn isti havaşəraitinin iyulun əvvəlində qeydə alınan 35°C temperatursəviyyəsini keçəcəyini gözləmirlər.