RU

Ukraynaya Patriot sistemlərinin verilməsi ilə bağlı təfərrüatlar məlum olub

Ukraynaya

Steigan: Tramp Ukraynaya tam Patriot sistemləri deyil, yalnız sursat vermək istəyir

ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” zenit-raket komplekslərini vermək vədi, əslində tam sistemlərin deyil, yalnız döyüş sursatlarının – raketlərin verilməsi deməkdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Steigan nəşri məlumat yayıb.

Məqalədə deyilir:“Görünür, söhbət konkret olaraq on ədəd raketdən, yəni sursatdan gedir. Bu səhnədə açıq-aşkar məqsədli ikili oyun hiss olunur.”

Nəşrin qeyd etdiyinə görə, əgər bu belədirsə, həmin on raket Rusiya Silahlı Qüvvələrinin ilk hücumu zamanı dərhal məhv edilə bilər.

8 iyulda Axios portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün on ədəd raketin dərhal veriləcəyinə söz verib. Tramp, həmçinin əlavə tədarük kanallarının tapılması üçün kömək göstərməyə hazır olduğunu bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Ukraynaya nə qədər az silah verilsə, xüsusi hərbi əməliyyat da bir o qədər tez başa çatacaq.

Məryəm Quliyeva

Избранный
18
xalqcebhesi.az

1Источники