RU

Azərbaycan mazut istehsalını 56 dəfədən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 56,6 min ton mazut istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 56,6 dəfə çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 565,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % azdır.

Bu müddət ərzində Azərbaycanda 676,1 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 5,5 % azdır.

Bu ilin ilk 6 ayında ölkədə 1 milyon 141,5 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1,4 % azdır.

Hesabat dövründə 19,4 min ton sürtkü yağları, 115,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 6 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 40,9 % azalıb, neft bitumunun istehsalı isə 0,3 % artıb.

Həmçinin, hesabat dövründə ölkədə 112,6 min ton maye qazlar, 337,8 min ton ağ neft, 105,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 20,2 %, ağ neftin istehsalı isə 8,2 % artıb, neft koksunun istehsalı 5,2 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Избранный
21
3
report.az

10Источники