RU

Abu Dabi görüşü kifayət qədər məhsuldar mühitdə keçirildi

ain.az bildirir, Newscenter.az portalına istinadən.

Abu-Dabi görüşü kifayət qədər məhsuldar mühitdə keçirildi, artıq tərəflər birbaşa və vasitəçi olmadan, və yalnız ölkə rəhbərliyi səviyyəsində deyil, nümayəndə heyəti baxımdan geniş tərkibdə danışıqlar aparılır, bu isə ondan xəbər verir ki, danışıqların predmetində geniş məsələlər mövcuddur, Ermənistanla Azərbaycan arasında gündəlikdə olan sərhədlərin tam delimitasiyası, Ermənistan konstitusiyasına Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması, Zəngəzur dəhlizi ilə bağlı nəqliyyat və yol məsələlərin həlli, kommunikasiyaların açılması və digər məsələlər var ki, bunların həlli istiqamətində ciddi hazırlıqlar aparılır. Abu-Dabi görüşünün konstruktiv mühitdə keçirildiyini, danışıqların önəmli mərhələyə keçdiyini demək mümkündür, bu mərhələdə artıq tərəflər arasında həll olunması gözlənilən məsələlərin birbaşa görüşlər formatında daha qısa müddətdə və daha əsaslı həllinə yol açmış olacaq, regionda dayanıqlı sülhün, regional kommunikasiyaların açılmasının, Azərbaycanın Naxçıvana quru yolunun açılmasının ilkin mərhələdə şahidi ola bilərik. Eyni zamanda diqqət çəkən məqam görüşün müsəlman və ərəb ölkələrindən birində keçirilməsi, Birləşmiş Ştatların bu görüşə toxunması və önəm verməsidir. Tramp hakimiyyətə gəldikdən sonra körfəz ölkələri ilə siyasi, iqtisadi və ticari əlaqələrə xüsusi önəm verir, eyni zamanda dünyada münaqişə tarixi olan ölkələr arasında sülh razılaşmasının olmasında maraqlıdır. Məlumdur ki, hazırda regionumuza yaxın bölgələrdə cərəyan edən silahlı münaqişələr fondunda yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu digər ölkələr üçün nümunə sayıla və sülhü təşviq edə bilər. Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına və sülh müqaviləsinin imzalanmasına mane olan regional ölkələrin bölgəyə münasibəti bu və ya digər formada dəyişmişdir, Zəngəzur dəhlizi ilə bağlı bu ölkələrdən gələ biləcək müdaxilələr Azərbaycan tərəfindən zamanla neytrallaşdırılıb. İndi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması istiqamətində atılan real addımlar ölkəmizin Qarabağda yeni reallıqlar yaratdığı, Azərbaycanın öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi bir dönəmdə baş verir. Razılıqlar əldə olunacağı təqdirdə bu ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirmiş olacaq.Vüqar Əhmədov, politoloq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
newscenter.az

2Источники