RU

Azərbaycanda II Liqa klubu akademiya yaradır

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İkinci Liqanın iddialı komandalarından olan "Şəfa" akademiya yaratmağı qərara alıb.

Oxu.Az Fanat.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi dörd yaş qrupunun yaradılmasına start verib.

Belə ki, növbəti mövsümdən "Şəfa"nın U-13, U-14, U-16 və U-17 komandaları fəaliyyət göstərəcək.

Artıq seçimlər başlayıb. Dünən böyük yaş qrupları üzrə iki komandaya seçim olub. Bu gün isə U-13 və U-14-ə oyunçu cəlb olunması üçün seleksiya həyata keçiriləcək.

Qeyd edək ki, "Şəfa" ötən mövsüm II Liqada lider "Şahdağ Qusar"dan 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb və I Liqaya vəsiqə əldə edə bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
oxu.az

2Источники