RU

DİN: Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib  

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, növbəti tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı kəndində məişət tullantılarının təyin olunmuş yerlərdən kənara - dəniz sahilinə atılması, Astara rayonunun Şahağacı kəndində yerləşən bir istirahət mərkəzində dənizə çirkab sularının axıdılması, Qamışoba kəndində yerləşən istirahət mərkəzində məişət tullantılarının yandırılması, paytaxtın Pirallahı rayonunda yerləşən mağazaların birində isə məişət tullantılarının təyin olunmuş yerdən kənara atılması müəyyən edilib.

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin obyektlərin məsul şəxsləri və daha 2 nəfər barəsində inzibati protokollar tərtib olunub.

Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Избранный
161
21
azerbaijan-news.az

10Источники