“Kəpəz”lə görüşün 49-cu dəqiqəsində qırmızı vərəqə alan “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov 1 oyunluq cəzalandırılıb. “Qırmızı-qaralar” isə 500 manat cərimə edilib.Təcili tibbi yardım avtomobili “Səbail”lə ev matçına təyin olunmuş vaxtdan gec gəldiyi üçün “Sabah” 1000 manat ziyana düşüb. Hesab tablosu işləmədiyindən, “bayquşlar”a xəbərdarlıq edilib.
“Neftçi” - “Turan Tovuz” görüşündə də hesab tablosu işləməyib. Bu üzdən “ağ-qaralar” da xəbərdarlıq alıb. Matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə “Neftçi”nin 800 manat cərimələnməsinə yol açıb.