RU

Aclıq krizlərinə son - Qan şəkərinizi necə balansda saxlaya bilərsiniz?

Qəfil aclıq hissi sizi qadağan olunmuş qidalara yönəldir və dieta planınızı pozursa, bu, qan şəkərinin düşməsi ilə bağlıdır və sadə tədbirlərlə qarşısı alına bilər.

 

Pravda.az bildirir ki, uzunmüddətli və sağlam çəkidə qalmaq üçün əsas məqsəd düzgün qidalanma vərdişləri formalaşdırmaqdır. Özünü aclıqla məhdudlaşdırmaq qan şəkərinin kəskin düşməsinə və nəzarətsiz yemək alışqanlıqlarına səbəb ola bilər.

 

Qan şəkəri balansını qorumaq üçün tövsiyələr:

 

Özünüzü aclıqdan qoruyun, əsas və ara yeməkləri vaxtında qəbul edin.

 

Ağ çörək və şirin meyvə sularındansa, tam taxıllı çörək və təzə meyvəyə üstünlük verin.

 

Ara yeməklərdə meyvə, süd, şəkərsiz yoqurt, pendir-çörək və ya biskvit kimi balanslı seçimlərə yönəlin.

 

Şərbətli şirniyyatlar əvəzinə südlü və meyvəli desertlər seçin.

 

Meyvələri qabıqlı yeyin və hər əsas yeməkdə salat və ya tərəvəzə mütləq yer verin.

 

Qeyd: Qan şəkərinin stabil saxlanması aclıq krizlərinin qarşısını almaqda və arıqlama prosesində əsas faktordur.

 

Əminə Bayramova

Tarix: 11 İyul 2025, 17:30   
Избранный
12
1
pravda.az

2Источники