RU

Ayətullahlar Trampa və Netanyahuya ölüm hökmü çıxardı

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Ekspertlər Assambleyasının üzvü, ayətullah Mohsen Əraki deyib ki, ABŞ prezidenti Donald Trampı öldürəcək müsəlman cənnətə düşəcək.

Tehranın imam cüməsi də eyni fikirdədir. İranın konservativ dini rəhbər şəxsləri dünya müsəlmanlara çağırış ediblər, Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsi müqabilində cənnət vəd ediblər.

Çox qəribədir: bir halda ki Trampı, Netanyahunu öldürən müsəlman cənnətə düşəcək, bu fürsəti özləri niyə əldən qaçırırlar?! Axı onlar özləri də müsəlmandırlar. Hər halda özlərini müsəlman sayırlar. Əgər başqa ölkələrin liderlərinə qarşı terror aktı törədəcək şəxs sorğusuz-sualsız cənnətə qəbul edilsəydi, bu fürsəti ayətullahlar heç vaxt başqasına buraxmazdı, elə deyilmi?!

Yaxşı ki prezident Məsud Pezeşkian Amerikalı jurnalist Taker Karlsona müsahibəsində bu fitvadan məsafəsini bəlli edib. Belə çağırıları dəstəkləməyib.

Amma yenə də Ayətullah dediyin yəqin sözü havaya atmaz. Trampa və Netanyahuya terror hazırlaya bilərlər. Bunlardan nə desən çıxar. "Trampın malı da, qanı da halaldır" deyibən baş aparırlar.

Belə yerdə deyiblər: "Yenilən pəhləvan məğlubiyyətdən doymaz".

Seyid Əhmədli,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
126
icma.az

1Источники