RU

Üçüncü tərəf şəxslər və ölkələr münaqişənin həll olunmasından daha çox öz maraqlarını güdürdü

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əliyev-Paşinyan görüşünü, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılmış əhəmiyyətli addım kimi qiymətləndirmək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputatın fikrincə, görüşün 5 saatadək davam etməsi o deməkdir ki, tərəfləri narahat edən bütün məsələlər müzakirə olunub və təmasların davam etdirilməsi qərara alınıb.

Nəsib Məhəməliyev

“Görüşün Əbu-Dabidə və hansısa üçüncü tərəfin iştirakı olmadan keçirilməsi, xüsusi əhəmiyyət kəsb edir. İndiyə qədər, bu tipli görüşlər gah Brüsseldə və ya Avropanın digər şəhərlərində, Moskvada, Soçidə, gah da Vaşinqtonda keçirilirdi. Hər zaman üçüncü tərəf münaqişənin həll olunmasından daha çox öz maraqlarını güdürdü. Ona görə də, nəticə olmurdu. Birləşmiş Ərəb Əmirlikləri, imperiyapərəst dövlət deyil. Korparativ maraq güdmür və həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərə malikdir. Bu baxımdan, Cənubi Qafqaz regionuna nəzarət uğrunda rəqabət aparan dövlətlərdən fərqli olaraq, BƏƏ neytral mövqe tutur”-deyən deputat bildirib ki, bu vəziyyət vasitəçilik üçün qlobal güclərdən heç birinə üstünlük verilməməsi anlamına gəlir.

“Azərbaycan və Ermənistan bütün tərəflərə bir daha nümayiş etdirdi ki, hər hansı vasitəçi olmadan dialoq qurmağı bacarır və bu ən yaxşı formatdır”-deyən Nəsib Məhəməliyevin fikrincə, yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasına şahidlik edəcəyik.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
icma.az

2Источники