RU

Bakıda möhtəşəm Opera Günləri layihəsi təqdim edildi

İyulun 10-da Bakıda Dənizkənarı Bulvarda Kukla Teatrının arxasındakı geniş tədbirlər meydanında “Opera günləri” layihəsinin bağlanış konserti keçirildi. Tədbirin təşkilatçıları Opera Teatrı və Dənizkənarı Bulvar İdarəsi idi.
Xatırladım ki, yeni layihə olan bu tədbir ötən ayın 7-dən başlayaraq əsasən paytaxtın müxtəlif konsert və teatr salonlarında, hətta İncəsənət və ayrıca olaraq Xalça Muzeyində, həmçinin Naxçıvanda müxtəlif operaların nümayişi, opera və estrada ulduzlarının çıxışları ilə yadda qaldı.
Bu məqamda həmin tədbirləri sərbəst, problemsiz ziyarət etmək üçün ziyalılardan ibarət böyük qrupun rəhbəri olaraq bizi öz səyləri hesabına dəvətnamə və ödənişsiz giriş biletləri ilə müntəzəm təmin edən hörmətli Lətifə xanım Məmmədovaya qrup adından dərin minnətdarlığımızı bildirirəm!
Açığını deyim ki, bağlanış konserti gözlədiyimizdən də möhtəşəm keçdi. Dəniz kənarında, gözəl havada, açıq meydanda məxsusi düzülmüş min stulda oturaraq dözəl tərtibatlı səhnədən yüksək texniki səviyyədə təşkil edilmış səs keyfiyyəti və işıq effektləri olə müşayiət olunan bir-birindən gözəl ifaları çox böyük zövqlə izlədik.
İki saatdan çox davam edən və təbii ki, mütləq əksəriyyəti operalardan parçalar olan konsertin sonuna qədər məkandan ayrılmayan və ifaçılara alqışlarını əsirgəməyən xalqımız bununla eyni zamanda musiqi zövqümüzün nə qədər geniş spektrə malik olduğunu bir daha nümayiş etdirdi. Bu möhtəşəm layihənin noyabrda da davam etdiriləcəyinin anonsu verildi.
Tədbir dövlət televiziyası və müxtəlif media qurumları tərəfindən qeyd edilirdi və yəqin ki, istəyən kəslər bu konserti yaxın vaxtda tam izləyə biləcəklər. Mən isə həmişə olduğu kimi bir neçə çanlı yayından əlavə bütün çıxışlardan fraqmentlər çəkmişəm və onları fotolarla birlikdə təqdim edirəm.
P.S.: Tədbirin sonuna yaxın çəkilişləri etdiyim smartfonumun enerjisi tükəndi. Çünki onu həm də bir əziz dostumun mobil meqabayt balansımdan istifadəsi üçün ötürücü rejimində də qoşmuşdum. Bu səbəbdən reportajın sonundakı 4:3 formatlı gotoları çəkməyi dostum, şair Abil İslamdan xahiş etdim və o fotoların müəllifi odur.
Etibar Əliyev
 
Избранный
25
azerforum.com

1Источники