RU

Karlson: Ukraynada döyüşən amerikalıları ABŞ vətəndaşlığından çıxarnaq lazımdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Amerikalı jurnalist Taker Karlson hesab edir ki, Ukraynada döyüşmüş insanların ABŞ vətəndaşlığından məhrum edilməsi lazımdır.

Bizimyol.info xəbər verir ki, Floridada mühafizəkar “Turning Point USA” ictimai təşkilatının konfransında ondan ABŞ-ın öz vətəndaşlarına ikili vətəndaşlığa icazə verməli olub-olmaması və bir şəxsin eyni vaxtda iki ölkəyə beyət edə biləcəyi sualı verilib.

“Başqa ölkənin ordusunda xidmət edən hər kəs dərhal ABŞ vətəndaşlığından məhrum edilməlidir. Bir çox amerikalı İsrail Müdafiə Qüvvələrində xidmət edirdi, onlar vətəndaşlıqdan məhrum edilməlidir. Bir çox amerikalı Ukraynada xidmət edib, onlar da vətəndaşlıqdan məhrum edilməlidir. Başqa ölkə uğrunda döyüşüb amerikalı qalmaq mümkün deyil”, - deyə Karlson cavab verib.

Jurnalist həmçinin hesab edir ki, ABŞ-da ikili vətəndaşlığı olan şəxslərin hakimiyyətə gəlməsinə icazə verilməməlidir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
104
icma.az

1Источники