RU

Ölkədə ağır cinayətlər azalıb - Təsadüf, yoxsa...

Hüquqşünas bu müsbət tendensiyanın davamlı olması üçün hansı addımlar atılmalı olduğunu açıqladı

Azərbaycanda ağır və xüsusilə ağır cinayətlərin sayı 19 faizə yaxın azalıb. Bu barədə iyulun 10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) 2025-ci ilin 6 ayının əməliyyat və xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında məlumat verilib. Bildirilib ki, ötən 6 ayda əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumlarında 17 min 49 cinayət qeydə alınıb ki, bunun da 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılmış cinayətlərdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin sayı 18,9 faiz, odlu silahdan istifadə etməklə törədilən cinayətlərin sayı 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən 19,8 faiz, cinayətkar qruplar tərəfindən 18,8 faiz, məişət zəminində törədilmiş cinayətlərin sayı 5,5 faiz, əmlak əleyhinə cinayətlərin sayı 5,5 faiz, əmlak əleyhinə cinayətlərin sayı 31 faiz azalıb.

Bəs bu müsbət tendensiya nə ilə bağlıdır və onun davamlı olması üçün nələr edilməlidir?

Bu yöndə dövlətin, , KİV-lcəmiyyətinərin üzərinə hansı missiya düşür? 

Bakıda

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu göstəricilər cəmiyyətin təhlükəsizliyi, sosial sabitlik və hüquq-mühafizə sisteminin effektivliyi baxımından olduqca əhəmiyyətlidir: “Azərbaycanda cinayətkarlıq səviyyəsinin azalması dövlətin idarəçilik fəlsəfəsinin, hüquqi sabitlik strategiyasının və ictimai müqavilə institutunun durumunu göstərir. Daxili İşlər Nazirliyinin 2025-ci ilin ilk yarısına dair təqdim etdiyi rəsmi göstəricilər Azərbaycan cəmiyyətinin təhlükəsizlik müstəvisində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ağır və xüsusilə ağır cinayətlərin sayında 18,9 faizlik eniş idarəetmədə çevikliyin, texnologiyanın və vətəndaşın hüquqi davranışının uzlaşmasıdır. Əgər bu gün biz odlu silahdan törədilən cinayətlərin 2 dəfə azalmasından, əmlak əleyhinə hüquq pozuntularının 31 faiz düşməsindən, cinayətkar qrupların aktivliyinin 18,8 faiz zəifləməsindən danışırıqsa, bu, təkcə kriminal aləmlə bağlı təcrid siyasətinə bağlanmamalıdır. Əksinə, burada hibrid təhlükələrlə mübarizəyə keçid, sosial-psixoloji risk qruplarının proqnozlaşdırılması, rəqəmsal izlərin izlənilməsi, cibində bıçaq gəzdirənlə sosial şəbəkədə zorakılığı normallaşdıran kontentlər arasında fərq qoymadan aparılan kompleks mübarizə dayanır”.

Natiq Ələsgərov deyib ki, ictimai sabitlik təkcə hüquq-mühafizə orqanlarının yükü deyil: “Cəmiyyətin özü də hüquqi tərbiyə modelinə çevrilməlidir. Sosial şəbəkələrdə baş verən informativ xaos, zorakılığın populyarlaşdırılması, ailədaxili münaqişələrin ictimai tamaşaya çevrilməsi kimi hallar cəmiyyətin hüquqi davranış kodunu pozur. Ona görə də KİV və yeni media platformaları ictimai təhlükəsizliyin ilk səngəri kimi fəaliyyət göstərməlidir. Bu gün Azərbaycan önləyici və intellektual hüquq müdafiə sisteminə keçid edir. Biz cinayət törədildikdən sonra yox, cinayət baş verməsin deyə işləyən idarəçiliyin şahid oluruq. Davamlılıq üçün hüquqi təhsilin məktəb səviyyəsindən başlanması, gənclər üçün hüquqi psixologiya modullarının tətbiqi, polis-vətəndaş münasibətlərində güc nümayişindən xidmət mədəniyyətinin dərinləşdirilməsi və regionlarda sosial dayanıqlıq platformalarının genişlənməsi zəruridir”.

Natiq Ələsgərov deyib ki, cinayətkarlığın azalması Azərbaycan DİN-in uğurudur: “Dövlət cinayət törədənin arxasınca qaçan yox, vətəndaşın önündə duran və onu qoruyan gücdür. Və bu güc sadəcə qanunla deyil, etimadla işlədikdə real nəticə verir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Избранный
9
musavat.com

1Источники