RU

Səməd Vurğun irsi Bülbül muzeyində

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bülbülün Memorial Muzeyində keçirilən görüşdə muzeyin direktoru Fərqanə Cabbarova Səməd Vurğunun yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil etdiyini qeyd edib.

Səməd Vurğunun nəticəsi, Prezident mükafatçısı, tanınmış pianoçu, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov məclis iştirakçıları ilə öz təəssüratlarını bölüşüb.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əsəd Cahangir, Güləmayıl Murad şairin həyat və yaradıcılığından bəhs ediblər.

Vurğun Vəkilovun müşayiəti ilə Əməkdar artist Ramil Qasımov “Şair, nə tez qocaldın sən!”, gənc və istedadlı vokalçı İslama Abdullayeva “Aygün”, “Bir diyarın eşqinə” romanslarını, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin üzvü Aşıq İlqar Qələmçəli “Dağlar” şeiri, Baş dübeyti havasını səsləndirib. Tədbirdə qiraətçi Mircabir Cavadzadə Səməd Vurğunun “Ana” və “Azərbaycan” şeirləri ilə çıxış edib.

“Bülbülün qonaqları” layihəsi çərçivəsində 1937-1961-ci illərdə Bülbülün evində onun qonağı olmuş dahi şəxsiyyətlər yad olunur.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
2
xalqqazeti.az

3Источники