RU

Azərbaycan və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan  və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana artan etimadın bariz göstəricisidir.

Bu barədə FED.az-a XİN-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycan və onun vətəndaşları aşağıda göstərilən beynəlxalq səviyyəli seçkilərdə qalib gəliblər:

- BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

- BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə),

- UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə),

- BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə),

- BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik,

- Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.

Избранный
13
37
fed.az

10Источники