RU

Dünya bu faciədən danışır: Məşhur iş adamının arvadı onu vurdu, sonra da...

Tanınmış iş adamı Karsten Şohrun həyat yoldaşı və Avropanın ikinci ən böyük hava yolu şirkəti olan Almaniyanın "Lufthansa" aviaşirkətinin baş direktoru Vivian Aleksandr Şohr İtaliyanın Sardiniya bölgəsində istirahət edərkən yol qəzası keçirib. Çərşənbə axşamı Porto-Çervo yaxınlığında baş verən qəzada 24 yaşlı İtaliya vətəndaşı Qayya Kosta həlak olub.

Publika.az "Milliyyet"ə istinad xəbər verir ki, hadisənin piyada keçidində baş verdiyi bildirilir. Yolu keçmək üzrə olan Qaya Kosta yaxınlaşan avtomobili görüb və əlini qaldıraraq sürücünü saxlamağa çalışıb. Lakin avtomobil dayanmaq istəməyib və gənc qadını vurub.

Qəza zamanı avtomobildə Vivian Şohrun qızının olduğu da müəyyən edilib. Zərbədən sonra bir neçə metr irəliləyən avtomobil ətrafdakıların xəbərdarlığından sonra dayanıb. Şahidlərin dediyinə görə, Vivian Şohr əvvəlcə vəziyyəti tam dərk etməsə də, gənc qadının yerdə uzandığını görəndə huşunu itirib.

Hadisə yerinə gələn tibb işçiləri Qayaya yardım göstəriblər. Lakin gənc qadını xilas etmək mümkün olmayıb.

İtaliya hakimiyyəti Vivian Alexandra Şoh haqqında "ehtiyatsızlıqdan ölümə səbəb olmaq" ittihamı ilə istintaqa başlayıb. İlkin testlər nəticəsində məlum olub ki, Şohr qəza zamanı spirtli içki və ya narkotikin təsiri altında olmayıb.

Lakin Şohrun sonradan Almaniyaya qayıtması İtaliya ictimaiyyəti arasında ictimai qəzəb doğurub.

Избранный
6
publika.az

1Источники