İyulun 13-ü gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasındahava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Son Yazılar:
- İstirahət gününə olan hava proqnozu
- Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparıldı
- Azərbaycan millisi Dünya Seriyasında növbəti qələbəsini qazanıb
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.