RU

Makronun ətrafında şübhəli ölümlər və biabırçılıqlar: Fransa Rusiyanın yolunu tuturmu?

Son günlər Fransa ictimaiyyətində və beynəlxalq mediada prezident Emmanuel Makronun adı ətrafında qalmaqallar və müəmmalı hadisələr yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bu dəfə söhbət təkcə siyasi yanlışlıqlardan və ya zarafata salınan anlardan getmir. Fransa prezidentinə müxalif olan bəzi şəxslərin müəmmalı şəkildə həyatını itirməsi ciddi suallar doğurur və bu hadisələr Rusiyadakı müxalifətçilərin aqibətinə bənzədilir.

 Marleix,

Olivier Marleix

Fransanın sağ mərkəzçi Les Républicains partiyasının üzvü Olivier Marleix bu yaxınlarda evində ölü tapılıb. Hadisə rəsmi olaraq intihar kimi qeydə alınsa da, onun hakimiyyətin siyasətini tənqid etməsi və bir neçə ay əvvəl Makron hökumətini ittiham edən çıxışları bu ölüm hadisəsinə şübhəli çalarlar qatır. Ondan öncə isə Makronla şəxsi münasibəti olduğu iddia edilən plastik cərrah Francois Fevre pəncərədən yıxılaraq ölüb. Onun ailəsi intihar versiyasını rədd edib və məhkəmə tibbi ekspertizasının nəticələri suallar doğurub. İki ölüm hadisəsinin qısa zaman fərqilə baş verməsi və hər ikisinin birbaşa və ya dolayı yolla Makron ailəsi ilə əlaqələndirilməsi Fransada azad söz və təhlükəsiz siyasi fəaliyyət mühitinə dair narahatlıq yaradıb.

azad-sozun-ve-demokratiyanin-dushmeni

Maraqlıdır ki, bu tip hadisələr Rusiya cəmiyyətinə bənzərliyi ilə diqqət çəkir. Orada da illərdir müxalifət nümayəndələrinin müəmmalı şəkildə ya zəhərləndiyi, ya da özlərini “təsadüfən” pəncərədən atdığı hallara rast gəlinir. Fransa isə özünü liberal demokratiyanın beşiyi kimi təqdim edir və belə bir ölkədə bu cür hadisələrin baş verməsi ictimai fikirdə ciddi şübhələr yaradır.
Makronun şəxsi həyatı da gündəmdən düşmür. Xüsusilə həyat yoldaşının Makronun Vyetnam səfəri zamanı prezidentə yumruqla toxunduğu görüntüləri sosial mediada viral hal alıb. Bu hadisə ilk baxışda zarafat kimi görünsə də, Fransanın siyasi lideri üçün qeyri-ciddi və alçaldıcı görüntü kimi təqdim olundu. Makronun xanımına əl uzadıb salam vermək istədiyi an xanımın Makronun jesti i rədd etməsi isə əlavə suallar doğurdu. Fransız mediyası və rəsmi dairələr bu səhnələri yumoristik jestlər kimi izah etməyə çalışsa da, cəmiyyətin bir qismi bunu prezident ailəsinin iç münasibətlərindəki sarsıntının əlaməti kimi yozdu.

Xanımı

Digər tərəfdən, Brijit Makronun cinsiyyəti ilə bağlı illərdir davam edən konspiroloji iddialar da məhkəmə müstəvisinə qədər gedib çıxıb. Bir neçə müstəqil jurnalist Brijit Makronun keçmişdə kişi olduğu barədə araşdırma yazıları yaymış, daha sonra isə bu səbəbdən məhkəməyə verilmişdilər. Lakin Paris məhkəməsi həmin jurnalistlərə qarşı cinayət işi açılmasına əsas olmadığını bildirərək onları azadlığa buraxdı. Bu qərar bəzi müşahidəçilər tərəfindən “iddiaların tam əsassız olmaya biləcəyi” ehtimalı kimi dəyərləndirilsə də, rəsmi mənbələr bunu “ifadə azadlığının müdafiəsi” kontekstində izah edib.

Жена

Makronun ictimai imici son illərdə ardıcıl şəkildə sarsılıb. Bir zamanlar Avropanın ümidverici liderlərindən sayılan prezident indi daha çox şəxsi qalmaqallarla gündəmə gəlir. Prezidentlik dövrü boyu verdiyi bəzi qərarlarla, xüsusilə "sarı jiletlilər" aksiyalarında sərt polisin tətbiqinə icazə verməsi ilə cəmiyyətin geniş təbəqələrinin qınağına tuş gəlib. Sosial ədalətsizliklər, həyat yoldaşının dövlət tədbirlərindəki mübahisəli davranışları və təkrar-təkrar baş verən “təsadüfi biabırçılıqlar” artıq sıradan bir siyasi imici deyil, ölkə rəhbərliyinə olan ümumi etimadı zədələyən faktora çevrilməkdədir.

Makrona

Fransada baş verən bu hadisələrin ciddi ictimai və siyasi araşdırmaya ehtiyacı var. Xüsusilə siyasi opponentlərin müəmmalı ölümləri və mediada ciddi suallar doğuran görüntülər Fransanı avtoritar rejimlərlə eyni cərgəyə çıxara bilər. Bu isə Avropanın öz daxilindəki demokratik standartlara dair ciddi müzakirələrə yol aça bilər.

Musavat.com

Избранный
25
4
musavat.com

4Источники