RU

Parisdə Baku Network və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı həlak olmuş jurnalistlərin xatirəsinə həsr olunmuş sərgi keçirilib - FOTO

Parisdə Baku Network və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə öz peşə fəaliyyətlərini yerinə yetirən zaman həlak olan jurnalistlərin xatirəsinə həsr olunmuş sərgi keçirilib.

Day.Az bu barədə Fransanın Beynəlxalq Mədəniyyət Diplomatiyası Assosasiyasına istinadən xəbər verir.

"Dünən axşam peşə borcunu yerinə yetirərkən həyatını itirmiş jurnalistlərin xatirəsinə həsr olunmuş sərgidə iştirak etmək mənim üçün böyük şərəf idi. Tədbir Baku Network və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təşkil olunmuşdu. Bu, dərin mənalı, ehtiram dolu və düşüncəyə vadar edən bir axşam idi. Xatirə ilə düşüncənin qovuşduğu bir an. Nigar Hüseynova, Elçin Ağacanov və Jan-Mişel Bryunun çıxışları həyatını həqiqət naminə qurban verənlərin səssiz cəsarətini ön plana çəkdi. Dünyada səs-küyün artdığı bir vaxtda bu səssizlik anı mənə azad və dürüst medianın həyati əhəmiyyətini, eləcə də xatirəni yaşatmağın vacibliyini bir daha xatırlatdı",- Fransanın Beynəlxalq Mədəniyyət Diplomatiyası Assosasiyasının nümayəndəsi Ferruz Qaderi sosial şəbəkə hesabında yazıb.

  • Parisdə
  • Parisdə
Избранный
9
2
day.az

3Источники