İtaliyada müasir Formula 1 tarixinin gedişatını dəyişdirəcək görüş baş tuta bilər.
Publika.az xəbər verir ki, bu barədə “GPBlog” məlumat yayıb.
Dünən, iyulun 11-də Maks Verstappenin şəxsi təyyarəsi yaxtasının yan aldığı Sardiniyaya eniş edib.
Mənbənin məlumatına görə, bir qədər əvvəl göyərtəsində “Mercedes”in rəhbəri Toto Volfun olduğu təyyarə İtaliyanın elə həmin adasına enib.
Beş saat sonra niderlandlının yaxtası adanı tərk edib. Bu, onlayn təyyarə izləyiciləri sayəsində məlum olub.
Qeyd etmək lazımdır ki, Volfun Sardiniyada da yaxtası var, ona görə də onun “Red Bull” pilotu ilə potensial görüşü Qərb mediasında sadəcə fərziyyə ola bilər.
Baxmayaraq ki, Volf və Ferstappenin həqiqətən də İtaliyada danışıqlar apara biləcəyi ehtimalını istisna etməyə dəyməz. “Mercedes” 2024-cü ilin əvvəlindən dördqat dünya çempionunu komandaya qoşulmağa razı salmağa çalışır.