RU

Azərbaycan məndə ən xoş təəssürat yaratdı - Filippinli səyyah

Azərbaycan məndə ən xoş təəssüratlar yaratdı.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu filippinli səyyah Canet Kordero Lanqan Cəbrayıla səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

"Bu, mənim Azərbaycana ilk səfərimdir və ən çox səyahət edilən insanlar və Filippin Qlobal Tədqiqatçılar qrupunun bir hissəsi olmaq mənə qismət oldu. Bu səfər ölkənin tarixi və müasir reallıqları ilə tanış olmaq üçün unikal imkan yaratdı", - o deyib.

İşğaldan azad edilmiş ərazilərə səfəri Korderonu xüsusilə heyran etdi.

"Biz minalanmış yerləri gördük. İndi hökumətin bura qayıdan və yenidən başlamağa çalışan insanlar üçün nə etdiyini görmək mənə xoşbəxtlik gətirdi", - o vurğulayıb.

Korderonun sözlərinə görə, Azərbaycan onda ən xoş təəssüratlar yaradıb və o, gələcəkdə ölkəyə yenidən gəlməyə ümid edir.

Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrindən tanınmış səyyahlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində Cəbrayıl şəhərinə gəliblər. 15 ölkədən olan 30 səyyahdan ibarət nümayəndə heyətinə "Most Traveled People" (MTP) klubunun təsisçisi, amerikalı Çarlz Veli rəhbərlik edir.

Səyyahlar Cəbrayıl şəhərinin mərkəzinə baş çəkiblər və burada onlara aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Избранный
15
1
day.az

2Источники