RU

Azərbaycan Suriya münasibətləri sabitlik, əməkdaşlıq, tərəfdaşlıq istiqamətində inkişaf etməlidir

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Suriya dəyişib. Bu ölkədə normal proseslər başlayıb”.

Bu sözləri Bakıvaxtı.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iyulun 12-də Azərbaycana işgüzar səfərini şərh edərkən bildirib.

A.Mollazadə bir məsələni xüsusi qeyd edib:

“Suriyanın inkişafında bizim qardaş Türkiyənin çox böyük rolu var. Bu ölkənin həm ərazi bütövlüyünün qorunmasında, həm də daxildə olan qüvvələrin gücləndirilməsi istiqamətində Türkiyə böyük rol oynayıb".

Asim Mollazadə, deputat

Müsahibimiz bildirib ki, Azərbaycan da öz tərəfindən Suriyaya böyük humanitar dəstək göstərir. Onun sözlərinəı görə, Azərbaycan Suriyanın enerji təminatı istiqamətində Türkiyə ilə birgə addımlar atır:

"Rəsmi Bakının istəyi sabitlik, əməkdaşlıq və tərəfdaşlığın davam etdirilməsidir. Sabitlik, əməkdaşlıq, tərəfdaşlıq Azərbayanın xarici siyasətinin prioritetidir. Suriya ilə də münasibətlər məhz bu istiqamətdə inkişaf etməlidir”.

Qeyd edək ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
bakivaxti.az

2Источники