Qida təhlükəsizliyi bu gün istehlakçılar üçün ən aktual problemlərdən birinə çevrilib.
News24.az Cebheinfo.az-a istinadən xəbər verir ki, ancaq kənd təsərrüfatı məhsullarına tətbiq edilən pestisidlər narahatlıq doğurur. Bu baxımdan bəzi mütəxəssislər dondurulmuş qidaları həm təhlükəsiz, həm də davamlı bir seçim olaraq göstərirlər. Bunu pestisid risklərinə qarşı effektiv həll hesab edirlər.
Pestisidlər kənd təsərrüfatı məhsullarını zərərli həşəratlardan, göbələklərdən və alaq otlarından qorumaq üçün istifadə olunan kimyəvi maddələrdir.
Qida istehsalında məhsuldarlığı artırmaq və məhsul itkisinin qarşısını almaq üçün tez-tez istifadə edilən bu maddələr, ehtiyatsızlıqdan və ya həddindən artıq istifadə edildikdə insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
Meyvə və tərəvəzlərdə qala bilən pestisidlər, immunitet sistemindəki problemlərdən hormonal pozğunluqlara və uzun müddətdə xərçəngə qədər müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.
Buna görə də, pestisidlərin yoxlanılması qida təhlükəsizliyi üçün çox vacibdir. Eyni zamanda istehlakçılar indi təkcə məhsulun təzəliyinə deyil, həm də etibarlılığa və nəzarət proseslərinə diqqət yetirirlər.
Qeyd edək ki, Azərbaycan son illərdə çox miqdarda pestidilər idxal edir.
Bu, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün zərərvericilərə qarşı mübarizə məqsədi daşıyır. Ancaq bəzən ölkəmizə vaxtı başa çatmış, yararsız pestisidlər də gətirilir.
Qeyd edək ki, yeni “Bitki sağlamlığı haqqında” qanun layihəsində pestisidlərin və digər bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı ilə bağlı yeni tələblər müəyyən olunub.
Bundan başqa önəmli məqamlardan biri məhsulda pestisid qalıqlarının olmamasıdır ki, fermerlər istehlakçı sağlamlığını da nəzərə almalıdırlar.