RU

Ərdoğanın yeni uğuru: Dünya mediası PKK-dan nə yazır?

Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının yandıraraq imtina etdiyi silahların seriya nömrələrinin götürüldüyünü bildirib.

Lakin həmin silahların ballistik ekspertizada  yoxlanılmayacaq. PKK-nın silahları təhfil verməyə başlamasından sonra siyasi müşahidəçiləri düşündürən əsas sual budur: PKK ilə yanaşı, Türkiyənin problemləri bitdi?

Bu məsələ ilə bağlı Türkiyənin siyasi-ictimai dairələrində birmənalı fikir mövcud deyil və narahatlıq qalmaqdadır. Lakin nüfuzlu beynəlxalq media orqanları dərc etdiyi siyasi təhlillərdə PKK-nın silahları təhvil verməsini Türkiyə üçün böyük uğur hesab edirlər.

“France24” agentliyinin yazdığına görə, PKK hərbi cəhətdən zəiflədiyindən silahı buraxmağı xilas yolu seçdi.

“New York Times” isə qeyd edir ki, prosesin uğurla nəticələnməsi Prezident Rəcəb Tayyib Ərdoğan üçün böyük qələbədir.

“Əl Cəzirə” telekanalı isə vurğulayır ki, proses Türkiyənin daxili siyasətində yeni koordinasyanın təməlini qoya bilər. Lakin telekanal bu prosesin hələ yeni başlandığını, qarşıda uzun bir yol dayandığını vurğulayır. 

“Al Arabiya” telekanalı prosesin uzanacağı təqdirdə, bundan təxribat üçün istifadə ediləcəyini xəbər verir. 

Türkiyə hakimiyyəti PKK-nın silahı təhvil verməsini Prezident Ərdoğanın böyük siyasi uğuru hesab edir. 

Əgər proses vəd edildiyi kimi yekunlaşarsa, Rəcəb Tayyib Ərdoğanın siyasi reytinqi artacaq. Böyük ehtimalla qarşıdan gələn seçkilərdə Ədalət və İnkişaf Partiyasının (AKP) piarında PKK-nın silahı yerə qoyması məsələsi aparıcı yer tutacaq. 

Ancaq Türkiyənin siyasi dairələrində bu PKK-nın silahlı mübarizədən imtina etməsi hələ kürd probleminin həlli hesab edilmir.

AKP hakimiyyəti isə kürd probleminin həlli ilə bağlı hər hansı konsepsiya təqdim etmir. Ona görə də Türkiyədə silahı yerə qoymuş keçmiş PKK-çıların perspektivdə kürd məsələsini siyasi müstəviyə daşıyacağına dair narahatlıq var.

Son rəy sorğuları isə kürd əhalinin silahlı mübarizə və sosializm ideyaları ilə o qədər də maraqlanmadığını, daha çox iqtisadi problemlərin həllinə diqqət ayırdığını göstərir. 

Избранный
7
1
cebheinfo.az

2Источники