BAKI, 13 iyul. TELEQRAF
Ukraynaının Xarkov bölgəsində pis hava şəraiti hökm sürür.
Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, leysan yağışlar və güclü külək ciddi fəsadlar yaradıb.
Məlumata görə, 1 nəfər ağacların aşması nəticəsində ölüb, 7 yaşlı uşaq isə xəsarət alıb.
Güclü külək nəticəsində 48 ağac və 52 iri budaq aşıb, 17 elektrik naqili qopub.
Bundan başqa, dam örtüyünün zədələnməsi ilə bağlı 11 fakt qeydə alınıb. Bir neçə yaşayış məntəqəsi tamamilə işıqsız qalıb.
Kommunal xidmətlər pis hava şəraitinin fəsadlarını aradan qaldırmaq üçün çalışır.