RU

ASUS tarixdəki ən bahalı videokartı təqdim etdi — qiyməti 500 min dollardan çoxdur!

Texnologiya nəhəngi ASUS, bu günə qədər istehsal olunmuş ən bahalı videokart olan RTX 5090 ROG Astral (Real) Gold Edition modelini təqdim edib.

Musavat.com xəbər verir ki, bu eksklüziv cihazın qiyməti 500 min ABŞ dollarını keçərək, bir neçə mənzilin dəyəri ilə müqayisə olunur.

Videokartın korpusu 5 kiloqram saf qızıldan, soyuducu sistemi isə qızıl örtüklü misdən hazırlanıb. Bu texnoloji möcüzə həm performans, həm də dizayn baxımından tamamilə unikal sayılır.

ASUS-un bu modeli artıq texnologiya və lüks kolleksiyaçılar arasında əsl texnoloji artefakt kimi qiymətləndirilir.

Texniki göstəriciləri ilə yanaşı, bu videokart simvolik dəyəri və dizaynı ilə də fərqlənir və çox məhdud sayda buraxılması gözlənilir.

Musavat.com

Избранный
22
23
musavat.com

10Источники