RU

Bu gün ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qruplarıüzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən Trend-əbildirilib ki, bu gün, həmçinin III qrup üzrə DT və TCaltqruplarının hər ikisini seçənlər coğrafiya fənni üzrə imtahanverəcəklər.

Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax,Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə,Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı vəXaçmazda təşkil olunacaq imtahanlar saat 10:00-da başlanacaq. Saat09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələniştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünmüxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsindəhəmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılışvərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədlərigətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 144 imtahanbinası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24059, IV ixtisas qrupuüzrə 5634, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hərikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahandaisə 4536 nəfər olmaqla, ümumilikdə 34229 abituriyentin iştirakınəzərdə tutulur.

İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Избранный
4
49
az.trend.az

10Источники