RU

“Fənər” 8,5 milyon avroya bu futbolçunu transfer etdi

"Fənərbağça" Belçika “Gent”indən Arçi Braunu transfer edib.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.

Belə ki, 23 yaşlı ingilis müdafiəçi ilə “3+1” illik müqavilə bağlanılıb.

Türkiyə mətbuatında yayılan informasiyaya görə, müdafiəçinin keçidi “Fənər”ə 8,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, “sarı-lacivərlilər” daha öncə Con Duran və Abdou Aziz Fallı da heyətinə qatıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
30
2
bizim.media

5Источники