RU

Manaf Manafov: “Heydər Əliyev kimi qüdrətli bir liderin respublikada siyasi rəhbərliyə gəlişi xalqın taleyini kökündən dəyişdi”



“Azərbaycan xalqının müasir tarixində 14 iyul 1969-cu il həm də xalqın öz kimliyinə, tarixinə, dəyərlərinə qayıdış günü kimi xatırlanır. Bu tarixdə Heydər Əliyev kimi qüdrətli bir liderin siyasi rəhbərliyə gəlməsi millətin taleyini kökündən dəyişdi. Həmin dövrdə Azərbaycan SSR-də dərin böhran yaşanırdı. İqtisadi gerilik, sosial durğunluq, milli dəyərlərin arxa plana keçməsi və kadr çatışmazlığı inkişafı ləngidirdi. Xalq gələcəyə ümidsiz baxırdı. Belə bir məqamda Heydər Əliyev rəhbərliyə gələrək, millətin qurtuluş missiyasını öz üzərinə götürdü. Onun ilk addımları dövlət idarəçiliyində nizam-intizamın möhkəmləndirilməsi, təhsil və elm sahəsində islahatlar, iqtisadiyyatda kompleks inkişaf proqramlarının hazırlanması oldu. Qısa müddətdə respublika iqtisadiyyatında yeni həyat başladı. Sənaye müəssisələrinin fəaliyyəti genişləndirildi, kənd təsərrüfatında irəliləyişlər əldə edildi.”

Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən müsahibimiz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə milli kadrların hazırlanması siyasətini ən mühüm məqamlardan biri kimi diqqət mərkəzinə gətirib: “Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə minlərlə gənc SSRİ-nin müxtəlif şəhərlərinə təhsil almağa göndərildi. Bu, gələcəkdə müstəqil Azərbaycanın intellektual potensialının formalaşmasına böyük töhfə verdi. Ulu Öndər həmişə deyirdi: “Xalqı irəli aparan onun təhsilli və vətənpərvər oğul və qızlarıdır.” 1969–1982-ci illər arasında Azərbaycanın sənayesi 2 dəfədən çox artdı, kənd təsərrüfatında məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksəldi. Mədəniyyət, incəsənət, idman sahələrində də böyük uğurlar qazanıldı. Azərbaycanın dünya miqyasında tanınmasında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynadı. Ən böyük tarixi nailiyyətlərdən biri də milli ruhun oyanışı idi. Ulu Öndər Heydər Əliyev milli dəyərləri qorumağı və inkişaf etdirməyi, milli kimliyi gücləndirməyi öz siyasətinin mərkəzinə çevirdi. Bu, Azərbaycanın gələcəkdə müstəqillik yolunda möhkəm ideoloji baza yaratdı. Bu gün tarix sübut edir ki, 14 iyul 1969-cu il – Azərbaycnda Heydər Əliyevin rəhbərliyə gəlişi yalnız bir siyasi hadisə deyil, həm də xalqın özünə qayıdışının, milli oyanışının, intibahının başlanğıcı idi. Azərbaycan dövlətçiliyinin möhkəm təməli məhz həmin illərdə qoyuldu. Azərbaycanın müasir tarixində 14 iyul 1969-cu il xüsusi, hətta müqəddəs məna daşıyır. Bu tarix, bütöv bir xalqın ruhunun, kimliyinin dirçəlişi idi. Dərin böhran içində çabalayan Azərbaycan SSR həmin gündən etibarən dirçəliş yoluna çıxdı. O dövrdə respublikada gənclər arasında savadsızlıq səviyyəsi hələ də yüksək idi, texniki kadr çatışmazlığı vardı, kənd təsərrüfatında məhsuldarlıq SSRİ ortalamasından xeyli aşağı idi. Ulu Öndər xalqın potensialına inanırdı və deyirdi: “Bizim xalq ağıllıdır, zəhmətkeşdir, ona yalnız düzgün yol göstərmək lazımdır.” Ümummilli Lider rəhbərliyinin ilk illərində iqtisadiyyatda dönüş yaratdı. 1970–1980-ci illərdə sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsulları 2 dəfə artdı. SSRİ-də elektrik mühərriklərinin, elektron cihazların, neft maşınlarının əsas ixracatçısı məhz Azərbaycan oldu. Milli kadr hazırlığı isə Heydər Əliyevin qəti mövqeyində mərkəzi yer tuturdu. Onun təşəbbüsü ilə hər il 800-1000 nəfər azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilirdi. 1970–1980-ci illərdə bu rəqəm təxminən 15 min nəfərə çatdı. Bu, gələcəkdə Azərbaycanın elmi və texnoloji inkişafı üçün strateji kapital idi.”

Daha sonra M.Manafov Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü taleyüklü işlərən bəhs edərək bunları deyib: “1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli kimliyimizin qorunmasında tarixi nailiyyət idi. Ulu Öndər deyirdi: “Dövlət dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın qəlbidir, ruhudur.” Ümummilli Liderin respublikamıza rəhbərliyi dövründə mədəniyyətin, ədəbiyyatın, teatrın, musiqinin inkişafına geniş şərait yaradıldı. Bu illər ərzində Azərbaycan kinosu SSRİ miqyasında tanınaraq beynəlxalq festivallarda mükafatlar qazandı. 1976-cı ildə Moskvada keçirilən Ümumittifaq xalq təsərrüfatı nailiyyətləri sərgisində Azərbaycan 250-dən çox medal aldı. Ən mühüm nailiyyət isə milli ruhun oyanması idi. Heydər Əliyev xalqın gücünə, iradəsinə inanır, deyirdi: “Azərbaycan xalqı böyük xalqdır. Bu xalqın iradəsi sarsılmazdır.” Bu gün biz qürurla deyirik ki, 14 iyul 1969-cu il – xalqın özünə qayıdışı, milli ruhun oyanışı və gələcək dövlət müstəqilliyinə gedən yolun başlanğıcı oldu” – deyə, Manaf Manafov fikirlərini tamamlayıb.



Избранный
13
aia.az

1Источники