
Yay aylarında bir çox insanlar yemək istəklərinin azaldığını hiss edir. Nutrioloqlar bu halın tamamilə normal olduğunu bildirirlər. Bunun bir neçə əsas səbəbi var:🥵 Bədən istiliklə mübarizə aparır:İsti havalarda orqanizm öz temperaturunu sabit saxlamaq üçün daha çox enerji sərf edir. Bu zaman qan dövranı əsasən dəriyə yönəlir ki, bədən soyusun. Nəticədə, həzm sisteminə daha az qan axır və orqanizm yeməyə deyil, soyumağa fokuslanır.💧 Maye ehtiyacı artır:Yüksək temperatur zamanı bədən daha çox tərləyir, buna görə də aclıqdan çox susuzluq hissi yaranır. Bu səbəbdən insanlar tez-tez yemək əvəzinə sərin içkilərə üstünlük verirlər.😴 Metabolizm yavaşlayır:Yayda fiziki aktivlik azalır və bədən daha az kalori sərf edir. Bu isə təbii olaraq iştahanı da azaldır.🧠 Termoregulyasiya beyinə təsir edir:Beynin iştahı tənzimləyən hipotalamus hissəsi həm də bədən temperaturunu nəzarətdə saxlayır. İsti havada bədənin soyumağa yönəlməsi nəticəsində aclıq siqnalları bir qədər arxa plana keçir.Ulusum.az
Diqqət Çəkənlər
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ - VİDEO
Oğurlanmış səs, açılmamış dosye: Trampın 2020 savaşı yenidən alovlanır