RU

Rusiya ordusu Dnepropetrovsk vilayətində sərhədə çox yaxınlaşıb

Rusiya ordusu Dnepropetrovsk vilayətinin ərazisinə daxil olmaq cəhdlərini davam etdirirlər və artıq inzibati sərhədə çox yaxınlaşıblar.

Demokrat.az xəbər verir ki, bu barədə yerli kanallara “Xortıtsa” Əməliyyat-Strateji Qüvvələr Qruplaşmasının sözçüsü Viktor Trequbov deyib.

Onun efirdə dediyinə görə, hazırda vilayət ərazisində Rusiya qoşunları yoxdur.

“Hazırkı vəziyyətə görə, Dnepropetrovsk vilayətinin ərazisində düşmən yoxdur. Baxmayaraq ki, döyüşlər artıq inzibati sərhədə qədər yaxınlaşıb”, – deyə o vurğulayıb.

Trequbov əlavə edib ki, hələlik rusiyalıların Dnepropetrovsk vilayətinin sərhədinə yaxın heç bir ərazini ələ keçirməsindən söhbət getmir.

Избранный
22
4
demokrat.az

5Источники